Azərbaycanın qadın şahmatçısı dünya ikincisi oldu
Azərbaycan təmsilçisi Ayan Allahverdiyeva Monteneqroda keçirilən 20 yaşlı şahmatçılar arasında dünya çempionatındakı çıxışını yekunlaşdırıb.
90plus.az məlumat verir ki, şahmatçımız sonuncu – XI turda Özbəkistan nümayəndəsi Afruza Xamdamova ilə heç-heçə edib. Bununla da xalını 8-ə yüksəldən Ayan Allahverdiyeva dünya çempionatında gümüş medala layiq görülüb.
Qeyd: Bu yarışda 50 ölkədən 200-dən çox şahmatçı iştirak edib.
© Copyright 2026, All Rights Reserved