"Azərreyl" "qızıl set"də çempionluq qazandı
"Azərreyl" qadın voleybol komandası Azərbaycan Yüksək Liqasında çempion titulunu qazanıb.
90plus.az xəbər verir ki, komanda final mərhələsinin ikinci oyununda "Abşeron" klubu ilə qarşılaşıb.
Milli Gimnastika Arenasında keçirilən görüşdə "Azərreyl" 3:0 (28:26, 30:28, 25:22) hesabı ilə rəqibini məğlub edib.
Finalın ilk qarşılaşmasında "Abşeron" eyni hesabla qalib gəldiyi üçün çempionu müəyyənləşdirmək məqsədilə "qızıl set" oynanılıb. Həlledici setdə 15:12 hesablı qələbə əldə edən "Azərreyl" birinci yerə layiq görülüb və əvvəlki titulunu müdafiə edib.
© Copyright 2026, All Rights Reserved