Bakıda Autizm Festivalı təşkil olundu
2025-ci il mayın 17-də paytaxtın Fəvvarələr meydanında Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Autizm Assosiasiyası və “Azfest Group”un təşkilatçılığı ilə 5-ci Autizm Festivalı baş tutub.
90plus.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətdə autizm mövzusuna diqqət yönəltmək və bu sahədə maarifləndirməni gücləndirmək olub.
Festival çərçivəsində autizm sahəsində fəaliyyət göstərən 30-a yaxın mərkəz və təşkilat öz proqram və işlərini iştirakçılara təqdim edib. Tədbirdə millət vəkilləri, vətəndaş cəmiyyəti fəalları, tanınmış simalar və autizmli şəxslərin ailələri iştirak ediblər.
© Copyright 2026, All Rights Reserved