"Barsa" futbolçusu ilə "nikah yenilədi"
“Barselona” futbolçusu Mark Bernalın müqaviləsini yeniləyib.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kataloniya təmsilçisi 17 yaşlı yarımmüdafiəçinin sözləşməsini 2026-cı ilin yayına kimi artırıb.
Qeyd: Bernal “Barselona”nın yetirməsidir. O, bu mövsüm La Liqada 3 oyun keçirib.
© Copyright 2026, All Rights Reserved