"Barselona"dan məğlubiyyətsizlik seriyası
İspaniyanın "Barselona" futbol komandası son yeddi il ərzində ən uzun məğlubiyyətsiz oyun seriyasını keçirir.
90plus.az xəbər verir ki, Kataloniya klubu Hans-Diter Flikin rəhbərliyi ilə 2025-ci ildə hələ uduzmayıb.
Komanda bu il ərzində keçirdiyi bütün qarşılaşmalarda 20 dəfə qalib gəlib və dörd oyunda bərabərliklə kifayətlənib.
"Barselona" bu cür uğurlu seriyanı sonuncu dəfə 2017/18 mövsümündə nümayiş etdirmişdi.
Həmin mövsümdə baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında klub 23 qələbə əldə etmiş və altı dəfə heç-heçə etmişdi.
© Copyright 2026, All Rights Reserved