"Barselona"nın futbolçusu milli komandada zədələndi
"Barselona"nın hücumçusu Robert Levandovski Polşa milli komandasında olduğu vaxt ciddi zədə alıb.
90plus.az xəbər verir ki, bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayımlayıb.
Futbolçunun sol bud əzələsində zədə müəyyən edilib və onun müəyyən müddət yaşıl meydanlardan uzaq qalacağı vurğulanıb. Bildirilir ki, Levandovskinin nə vaxt sağalacağı müalicə prosesinin necə davam edəcəyindən asılı olacaq.
Qeyd: Levandovski cari mövsümdə "Barselona" forması ilə 9 oyuna çıxaraq 4 dəfə rəqib qapılarına yol tapıb.
© Copyright 2026, All Rights Reserved