Basketbol millimiz bu gün Latviya ilə üz-üzə!
Azərbaycanın 3x3 basketbol millisi Dünya Qadın Seriyasının Bakı mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.
90plus.az xəbər verir ki, yığmamız saat 18:15-də Latviya ilə qarşılaşacaq. CBC Sport bu matçı canlı təqdim edəcək.
Oyunlar Sea Breeze istirahət mərkəzində keçirilir.
Qeyd: Qadın millimiz ötən gün qrup mərhələsində Niderlanda 13:19 hesabı ilə uduzub, Çexiyanın "Praqa" klubuna isə 16:12 hesabı ilə qalib gəlib.
© Copyright 2026, All Rights Reserved