"Bayer" rəsmisi: "Xabiyə "Real"dan təklif gəlsə, ona centilmenlik edəcəyik"
“Bayer” klubunun baş direktoru Fernando Karro baş məşqçi Xabi Alonsonun gələcəyi barədə fikir bildirib.
90plus.az xəbər verir ki, Karro Alonsonun “Real Madrid”in baş məşqçisi olacağı ilə bağlı yayılan xəbərlərə münasibətini belə açıqlayıb:
“Xabi ilə onun mümkün gedişi barədə centlmen razılaşmamız mövcuddur. Əgər ona hansısa klubdan təklif olarsa, biz bu barədə açıq şəkildə müzakirə aparacağıq və onun yoluna maneə yaratmayacağıq”.
Qeyd: Alonso, “Real Madrid”in hazırkı baş məşqçisi Karlo Ançelottini əvəzləyə biləcək əsas namizədlərdən biri sayılır.
© Copyright 2026, All Rights Reserved