“Bayern” Kanada millisini məhkəməyə verir
"Bayern Münhen" Kanada Futbol Assosiasiyasını məhkəməyə verə bilər.
90plus.az xəbər verir ki, buna səbəb Almaniya klubunun müdafiəçisi Alfonso Deyvisin millinin heyətində ağır zədə almasıdır.
"Bayern Münhen" 24 yaşlı futbolçunun KONKAKAF Millətlər Liqasının ABŞ-yə qarşı 3-cü yer uğrunda oyununda meydana çıxmasından narazı qalıb. Bundesliqa təmsilçisi bu matçın heç bir əhəmiyyət kəsb etmədiyini bildirib.
📰: Bild
Qeyd: Deyvisin çarpaz bağları zədə səbəbindən əməliyyat olunub. Onun təxminən 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved