DÇ-2026: Belçika 10 nəfərlik Qazaxıstanı uda bilmədi
90plus.az xəbər verir ki, FIFA 2026 Dünya Çempionatının Avropa Seçmələri J qrupunda Belçika səfərdə Qazaxıstanla qarşılaşıb. Astana şəhərində keçirilən oyunda Belçika əsasən ehtiyat oyunçularla meydana çıxdı və qarşılaşma 1:1 hesabı ilə başa çatdı.
Oyunun 9-cu dəqiqəsində 17 yaşlı Dastan Satpaev fərqlənərək Qazaxıstan futbol tarixinin ən gənc qolçusu oldu. Belçikanın cavab qolu isə 48-ci dəqiqədə Vaneken tərəfindən vuruldu. İlk yarını geridə bitirən Belçika ikinci hissədə əsas oyunçularını meydana daxil etmək məcburiyyətində qaldı.
Qazaxıstana qarşı qələbə qazansaydılar, Belçika gələn yay keçiriləcək Dünya Kubokuna vəsiqəni rəsmiləşdirəcəkdi.
Lakin Rudi Qarsiyanın komandasının heç-heçəsi səbəbilə vəsiqə məsələsi növbəti turlara qaldı — hələ də taleləri öz əllərindədir:
Qazaxıstan 1-1 Belçika
Satpayev 9'
Vanaken 49'
Xallarını 15-ə yüksəldərək Dünya Çempionatı vizasını böyük ölçüdə təmin edən "Qırmızı Şeytanlar" qrupun son matçında Lixtenşteynə qarşı 1 qol vurmaqla vəsiqəni rəsmiləşdirə bilərlər. Alternativ olaraq, Şimali Makedoniya Uelsə qarşı qalib gələ bilməməlidir. Qazaxıstan isə 8 xalla qrupu tamamlayır.
J qrupunda Şimali Makedoniya ilə Uels ikincilik uğrunda mübarizə aparır.
© Copyright 2026, All Rights Reserved