“Beşiktaş” 6 oyundur, məğlub olmur
"Beşiktaş" evində qapısını toxunulmaz saxladı, Raşitsa mövsümdə ilk qolunu vurdu.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasında 17-ci turun maraqlı qarşılaşmasında "Beşiktaş" öz meydanında "Rizespor"u 1-0 məğlub edib. Matçın yeganə qolunu 64-cü dəqiqədə Milot Raşitsa vuraraq mövsümdə ilk qolunu rəsmiləşdirib.
Beşiktaş 1 - 0 Rizespor
M. Raşitsa 64’
Bu qələbə ilə "Beşiktaş" bu mövsüm ev oyunlarında qapısını ilk dəfə toxunulmaz saxlayıb və ümumilikdə altı oyundur məğlub olmur.
17 turdan sonra turnir cədvəli:
5. Beşiktaş
11. Rizespor
Bu nəticə ilə "Beşiktaş" həm xalını artırıb, həm də əhval-ruhiyyəsini yüksəldib.
© Copyright 2026, All Rights Reserved