"Betis"in futbolçuları bir-birlərini zədələdilər
"Betis"in yarımmüdafiəçiləri İsko və Sofyan Amrabat Avropa Liqasının "Utrext"lə matçında zədələniblər.
90plus.az xəbər verir ki, oyunun əvvəlində futbolçular arasında toqquşma baş verib və onlar matçı davam etdirə bilməyiblər.
Nelson Deossa 10-cu dəqiqədə ispaniyalının, Pablo Fornals isə 5 dəqiqə sonra mərakeşlinin əvəzinə oyuna daxil olublar.
Hazırda "Betis" Avropa Liqasının turnir cədvəlində 8 xalla 12-ci sırada qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved