Bəhram nakautla qalib gəldi
Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə “Glory” turnirində növbəti görüşünü keçirib.
90plus.az xəbər verir ki, 33 yaşlı idmançı Glory99 tədbirində Brayan Doueslə üz-üzə gəlib.
Rotterdamda baş tutan qarşılaşmada Bəhram yerli döyüşçünü məğlub edərək üstünlüyünü göstərib. O, rəqibini birinci raundda nokauta salaraq qalib gəlib.
Bu uğur sayəsində azərbaycanlı idmançı Glory100 turnirində iştirak etməyə haqq qazanıb.
Qeyd: Həmin yarış iyunun 14-də Rotterdam şəhərində keçiriləcək.
© Copyright 2026, All Rights Reserved