"Biz çox risk edirik" Martinez
Bu gün Avro-2024-ün 1/4 final qarşılaşmasında Portuqaliya və Fransa milliləri üz-üzə gələcək.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez bu gün baş tutacaq matç barəsində açıqlama verib.
Martinez açıqlamasında “İlk qolu vurmaq çətindir. Düşünürəm ki, biz çox risk edirik. Qol vurmaq üçün üçüncü zonaya düşməlisən. Biz topa çox sahib olur və yaxşı mövqe tuturuq. Çox şeyi yaxşı edirik və eyni ruhda davam etməliyik. Ancaq yaxşılaşdırmalı olduğumuz məqamlar da var” - deyə qeyd edib.
Həmçinin o, “Hamı böyük komandaların necə oynadığını bilir. Əsas futbolçularımızın çıxışı və istedadıdır. Düşünürəm ki, biz oyuna tam hazırıq. Artıq 1/4 final mərhələsidir və biz bütün diqqətimizi özümüzə yönəltmişik. Biz həmişə inkişaf etmək istəyirik, lakin matçdan matça hər şeyi dəyişmək məcburiyyətində deyilik” - deyə bildirib.
© Copyright 2026, All Rights Reserved