Boks, Dünya Çempionatı: 2 boksçumuz 1/4-də!
Azərbaycan millisindən ikinci boksçu da Liverpulda keçirilən dünya çempionatında uğurlu çıxış edərək 1/4 final mərhələsinə yüksəlib.
90plus.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Alfonso Dominqes Almaniya təmsilçisi Yasse Kissi hər üç raundda üstələyib 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə 1/4-ə keçdikdən sonra 75 kq-da çıxış edən Səidcəmşid Cəfərov da bunu bacarıb. Səidcəmşid də yaponiyalı Dayqo Sunaqa ilə qarşılaşıb.
Rəqibinə şans tanımayan boksçumuz bütün raundları aktivinə yazdıraraq 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27) hesablı qələbə əldə edib.
Beləliklə, həm Dominqes, həm də Cəfərov 10 sentyabrda baş tutacaq 1/4 final mərhələsində güclərini sınayacaqlar.
Qeyd: Azərbaycan millisinin heyətində daha üç boksçu 1/8 final döyüşünə çıxacaq.
✍️ 90plus.az
© Copyright 2026, All Rights Reserved