Bolqarıstanla oyundan əvvəl Türkiyə millisində ciddi itki
Türkiyə millisinin üzvü Uğurcan Çakır Bolqarıstanla oyunu buraxa bilər.
90plus.az xəbər verir ki, 29 yaşlı qapıçı yığmanın son məşqində iştirak etməyib. Bu barədə Türkiyə Futbol Federasiyası rəsmi açıqlama yayıb.
Lakin Uğurcanın məşqə qatılmamasının səbəbi açıqlanmayıb.
Qeyd: Türkiyə milli komandası DÇ-2026 seçmə mərhələsi çərçivəsində 11 oktyabrda Bolqarıstan, 14 oktyabrda isə Gürcüstanla qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved