Böyük Dəbilqədə Azərbaycan finalı
Düşənbə Böyük Dəbilqə turnirində -90 kq çəki dərəcəsi Azərbaycan finalı ilə yadda qalıb.
90plus.az xəbər verir ki, Elcan Hacıyev həlledici görüşdə qalib gələrək karyerasında ilk dəfə Böyük Dəbilqə turnirlərində çempionluq sevinci yaşayıb.
Vüqar Talıbov isə gümüş medala sahib olub.
+100 kq çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov isə gümüş medal qazandı.
Beləliklə, Düşənbə Böyük Dəbilqə turnirinin son yarış günündə 3 cüdoçumuz fəxri kürsüdə yer aldı.
1-ci yer: Elcan Hacıyev (-90 kq)
2-ci yer: Vüqar Talıbov (-90 kq)
2-ci yer: Camal Qamzatxanov (+100 kq)
Yekunda Azərbaycan millisi 2 qızıl, 2 gümüş medalla 27 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşdı.
© Copyright 2026, All Rights Reserved