Braziliyada Neymar şoku: Düya Çempionatı təhlükədə
Braziliyanın ulduz futbolçusu Neymar dizində meydana gələn problem səbəbindən “Santos” klubunun “İnternasional” ilə son oyununda heyətə daxil edilməyib.
90plus.az xəbər verir ki, futbolçunun vəziyyətinin gözlənildiyindən daha ciddi ola biləcəyi bildirilib.
Məlumata görə, Neymarın zədəsi onun 2026-cı il Dünya Kubokunda iştirak ehtimalını sual altına alır. Son illərdə tez-tez yaşadığı zədələr futbolçunun həm forma yığmasına, həm də yüksək səviyyədə çıxışına mane olur.
“Santos” klubunun baş məşqçisi Juan Pablo Voyvoda açıqlamasında Neymarın növbəti oyunda meydana çıxmasının hələlik dəqiq olmadığını bildirib. Məşqçi qeyd edib ki, futbolçu hər zaman oynamaq istəsə də, hazırkı fiziki durumu buna imkan verməyə bilər.
Ulduz futbolçunun durumunun yaxın günlərdə yenidən dəyərləndiriləcəyi və oynamaq ehtimalının son müayinələrdən sonra müəyyənləşəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved