Braziliyalı Ronaldo Kriştianonu tənqid edib
Ronaldo Nazario Kriştiano Ronaldonun “tarixin ən yaxşısıyam” sözlərinə cavab verdi.
90plus.az xəbər verir ki, braziliyalı futbol əfsanəsi Ronaldo Nazario Kriştiano Ronaldonun “tarixin ən yaxşı futbolçusuyam” açıqlamasına münasibət bildirib.
Nazario portuqaliyalı hücumçunun özünəinamını yüksək qiymətləndirsə də, bu fikirlə razı olmadığını vurğulayıb:
“Bəzi insanlar özünə çox güvənir. Mən isə özüm haqqında danışmaq əvəzinə başqalarının danışmasını üstün tuturam. O, tarixin ən yaxşı futbolçularından biridir, amma ən yaxşıdırmı? Razı deyiləm. Fikrinə hörmət edirəm; o, mütləq tarixin ən yaxşıları sırasındadır və mən deyərdim ki, ilk onluqda yer alır.”
Ronaldo Nazario Kriştianonun böyük futbolçu olduğunu qəbul etsə də, “tarixin ən böyüyü” statusunun müzakirəyə açıq olduğunu bildirib.
© Copyright 2026, All Rights Reserved