"Bu futbolçuları çalışdırmaqdan qürur duyuram" Fuente
AVRO 2024-ün 1/4 final mərhələsinin ilk qarşılaşması İspaniya və Almaniya komandaları arasında olub.
90plus.az xəbər verir ki, İspaniya-Almaniya (2-1) arasında keçirilən matçdan sonra İspaniya millisinin baş məşqçisi Luis de la Fuente açıqlama verib.
O, açıqlamasında "Bu futbolçuları çalışdırmaqdan qürur duyuram. Mən onların çoxunu uzun illərdir tanıyıram. Onlar ən yüksək səviyyədə yarışmağa öyrəşiblər və turnirdə qalib gəlmək imkanları var. Bu komanda həmişə yarışacaq. Əlbəttə, təkmilləşdirmə üçün hər zaman yer var. Lakin biz onların qüruruna, səviyyəsinə və fədakarlığına şübhə edə bilmərik... Çox xoşbəxtik, amma bilirik ki, sabah başqa bir gün olacaq. Meydandan kənarda baş verənlərə nəzarət edə bilmərik, lakin ölkənin bizi dəstəkləməsinə çox şadıq” - deyə qeyd edib.
© Copyright 2026, All Rights Reserved