Bu gün Bakıda döyüş bayramıdır: “UFC Fight Night”
Bu gün Bakıda döyüş idmanları tarixində mühüm hadisə yaşanacaq: ilk dəfə olaraq UFC turniri təşkil olunacaq.
90plus.az xəbər verir ki, “UFC Fight Night” adı altında keçiriləcək yarış saat 20:00-da “Bakı Kristal Zalı”nda start götürəcək, əsas döyüşlər isə 23:00-da başlayacaq.
Turnir çərçivəsində azərbaycanlı döyüşçülər Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov da oktaqona çıxacaqlar.
Gecənin əsas qarşılaşmasında amerikalılar Camahal Hill və Halil Rauntri üz-üzə gələcək.
Turnir “İdman Azərbaycan” kanalında canlı yayımlanacaq.
© Copyright 2026, All Rights Reserved