"Bu gün hər şey rəqib üçün uğurlu oldu" - Rəşad Sadıqov
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının pley-offunda "Omonia" ilə 0-6 məğlub olduğumuz matçdan sonra müsahibə verib.
90plus.az həmin müsahibəni təqdim edir:
"Komandaya böyük dəstək var idi. "Bu, bizim üzərimizdə müəyyən basqı yaradırdı. Əslində ilk dəqiqələrdə bunun öhdəsindən gəlirdik. Bundan sonra gözlənilən o idi ki, oyun bərabərləşəcək. Cərimə zərbəsindən sonra rəqib daha inamlı oynamağa başladı. Azarkeşlər daha çox dəstək olmağa başladılar. Basqının qarşısında bugünkü oyunla dayana bilməzdik. Əvvəlki matçlarda bu cür azarkeş dəstəyinə qarşı oynamamışdıq.
Səviyyə olaraq "Omoniya"nı "Osiyek"lə eyni tutardım. Bəlkə "Omoniya" hücumda daha sürətli idi. Bu gün hər şey rəqib üçün uğurlu oldu. Bizim üçün isə tam əksinə. Belə olan halda bu cür acı məğlubiyyətlər qaçılmaz olur".
Qeyd: "Zirə - Omonia" cavab oyunu 29 avqust saat 20:00-da Bakıda olacaq.
© Copyright 2026, All Rights Reserved