Yamalın Fələstin jestinə cavab gəldi
“Barselona”nın ulduzu Lamin Yamal Fələstinə verdiyi dəstəyə görə yenidən gündəmə gəlib.
90plus.az xəbər verir ki, Qəzza sakinləri Kataloniya klubunun ulduzunun çempionluq paradı zamanı etdiyi jestdən sonra gənc futbolçunun Fələstin bayrağı ilə birlikdə təsvir olunduğu divar rəsmi hazırlayıblar. Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda böyük diqqət çəkib.
Məsələ ilə bağlı Pep Quardiola da münasibət bildirib. Təcrübəli mütəxəssis futbolçuların cəmiyyət üzərində böyük təsirə malik olduğunu vurğulayıb:
“Futbolçu milyonlarla insanın izlədiyi bir rol modeldir və onun fikri müəyyən ağırlıq daşıyır. Buna görə də lazım olduqda danışmalıdır”.
“The Athletic”in yaydığı məlumata görə, Yamala yaxın şəxslər onun tənqidlərə əhəmiyyət vermədiyini və doğru hesab etdiyi mövqeni açıq şəkildə müdafiə etdiyini bildiriblər. Mənbənin iddiasına əsasən, gənc vinger İsrail–Fələstin münaqişəsi ilə bağlı güclü hisslərə malikdir və şəxsi platformasından istifadə edərək Fələstinə dəstəyini göstərməkdən çəkinmir.
Qeyd: Yamal son aylarda sosial şəbəkələrdə və ictimai çıxışlarında Fələstinlə bağlı paylaşım və jestləri ilə tez-tez diqqət mərkəzinə düşür.
© Copyright 2026, All Rights Reserved