Bu millinin 2 baş məşqçisi var! Qalmaqal
Kamerun millisində AFCON qalmaqalı: iki fərqli heyət, iki baş məşqçi iddiası var.
90plus.az xəbər verir ki, Kamerun millisində Afrika Millətlər Kuboku (AFCON) ərəfəsində ciddi idarəetmə böhranı yaşanır. Ölkənin futbol ictimaiyyəti hazırda iki fərqli baş məşqçi və iki ayrı heyət siyahısı ilə üz-üzə qalıb.
Məsələ burasındadır ki, baş məşqçi Mark Bris Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’o tərəfindən vəzifəsindən azad edilsə də, postunu tərk etməkdən imtina edir. Bris iddia edir ki, o, Kamerunun İdman Nazirliyi tərəfindən təyin olunub və rəsmi şəkildə işdən çıxarılmayıb. Bu səbəbdən o, özünü hələ də Kamerun millisinin qanuni baş məşqçisi hesab edir.
Digər tərəfdən, Samuel Eto’o artıq Mark Brisin yerinə yeni baş məşqçi təyin edib. Quruç prezidenti bu posta David Paqunu gətirib və AFCON üçün alternativ heyət siyahısı da hazırlanıb. Beləliklə, Kamerun millisinin AFCON-a hansı məşqçi və hansı siyahı ilə yollanacağı hələ də sual altındadır.
Mövzu ətrafında daha bir diqqətçəkən iddia isə “The Sun” nəşri tərəfindən yayılıb. Mənbənin məlumatına görə, Samuel Eto’o “Neftçi”nin hücumçusu Vinsent Abubakarın Kamerunun AFCON heyətindən kənarda qalmasında birbaşa rol oynayıb.
Yaşanan bu xaos Kamerun millisinin AFCON-dakı çıxışına ciddi təsir göstərə bilər. Hazırda həm federasiya, həm də dövlət qurumları arasında səlahiyyət mübahisəsi davam edir və son qərarın hansı tərəfin xeyrinə veriləcəyi hələlik bəlli deyil.
© Copyright 2026, All Rights Reserved