"Bütün komanda yoldaşlarım rahatdır" İspaniya müdafiəçisi
AVRO 2024-ün 1/4 final mərhələsində bu gün İspaniya-Almaniya milliləri üz-üzə gələcək.
90plus.az xəbər verir ki, İspaniya komandasının müdafiəçisi Dani Karvahal bu gün Almaniyaya qarşı keçirilcək oyun barəsində açıqlama verib.
O, açıqlamasında “Məndə oyunla bağlı əla hiss var. Komanda yoldaşlarımdan görürəm ki, hamı rahatdır. Qələbə qazanmaq üçün əla performans göstərməli olduğumuzu bilirik. Mən özünə inamlı və enerjili komanda görürəm. Şanslar 50/50-dir. Bu oyunda detallar həlledici olacaq” - deyə bildirib.
Karvahal sözlərinə əlavə olaraq “Stadiondakı bütün ispan azarkeşlərin və evdə oyuna baxacaq hər kəsin dəstəyini hiss edəcəyik. Belə matçlarda rəqiblərin daha yaxşı oynamasına dözə bilmək önəmlidir. Biz şansımızdan istifadə etməli və rəqibin mümkün qədər az şans yaratmasına çalışmalıyıq” - deyə qeyd edib.
© Copyright 2026, All Rights Reserved