Ced Spens İngiltərə millisində tarix yazdı – ilk müsəlman futbolçu oldu
DÇ-2026 Avropa seçmə mərhələsinin K qrupunda keçirilən qarşılaşmada İngiltərə səfərdə Serbiyaya qarşı inamlı qələbə qazanıb – 5:0.
90plus.az xəbər verir ki, matçın əsas diqqətçəkən məqamlarından biri isə əvəzetmədən oyuna daxil olan Ced Spensin tarixə düşməsi olub.
İngiltərə yığmasının qollarını 33-cü dəqiqədə Harri Keyn, 35-ci dəqiqədə Madueke, 52-ci dəqiqədə Konsa, 75-ci dəqiqədə Guehi və 90-cı dəqiqədə penaltidən Raşford vurub.
Tarixi an: İlk müsəlman futbolçu
69-cu dəqiqədə Riss Ceymsin yerinə meydana daxil olan Ced Spens İngiltərə milli komandasının heyətində oynayan ilk müsəlman futbolçu kimi tarixə düşüb. ("Tottenhem") klubunun Yamayka əsilli müdafiəçisi bu uğuru ilə ölkə futbolunda yeni səhifə açıb.
25 yaşlı futbolçu 2022-ci ildə ("Midlsbro") klubundan ("Tottenhem")ə 14,7 milyon avroya transfer olunmuşdu. O, daha sonra ("Renn"), ("Lids Yunayted") və ("Cenoa") klublarında icarə əsasında çıxış edib.
© Copyright 2026, All Rights Reserved