"Çelsi" Astanada matça məşqsiz çıxacaq
Londonun “Çelsi” klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Astana” ilə görüşə məşqsiz çıxacaq.
90plus.az xəbər verir ki, İngiltərə nəhəngi Almatıya oyun günü uçacaq. Mövsümün gərgin qrafiki ilə bağlı "Çelsi" Qazaxıstanda oyunöncəsi məşq keçirməkdən imtina etmək qərarına gəlib. Komanda dekabrın 12-də, oyun günü Almatıya gələcək.
Qeyd: “Astana” – “Çelsi” görüşü dekabrın 12-də Almatı şəhərinin Mərkəzi Stadionunda baş tutacaq. Oyun saat 19:30-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved