“Çelsi” Konfrans Liqasının qalibi oldu, tarix yazdı
"Çelsi" tarix yazdı: UEFA-nın bütün əsas klub turnirlərini qazanan ilk klub oldu!
90plus.az xəbər verir ki, İngiltərənin "Çelsi" klubu 2025-ci il UEFA Konfrans Liqasının finalında "Real Betis"i 4:1 hesabı ilə məğlub edərək tarixə düşüb. Bu qələbə ilə "Çelsi" UEFA-nın əsas klub turnirlərinin hamısını qazanan ilk klub oldu:
- UEFA Çempionlar Liqası: 2012, 2021
- UEFA Avropa Liqası: 2013, 2019
- UEFA Kubok Sahibləri Kuboku: 1971, 1998
- UEFA Konfrans Liqası: 2025
Final matçı Polşanın Vroslav şəhərindəki Stadion Vroçlavda keçirilib. "Real Betis" 9-cu dəqiqədə Ezzalzoulinin qolu ilə önə keçsə də, "Çelsi" ikinci hissədə üstünlüyü ələ alaraq Enzo Fernandes, Nikolas Cekson, Ceydon Sanço və Moyses Kaysedonun qolları ilə qələbəni təmin edib:
Real Betis 1-4 Çelsi
Ezzalzouli 9'
Enzo Fernandes 66'
Cekson 71'
Sanço 83'
Caicedo 90+1'
Qollar:
https://t.me/doxsanplus/103417
https://t.me/doxsanplus/103420
https://t.me/doxsanplus/103421
https://t.me/doxsanplus/103423
Bu qələbə ilə "Çelsi" UEFA-nın əsas klub turnirlərinin hamısını qazanan ilk klub kimi tarixə düşüb.
"Çelsi" üçün mövsümün möhtəşəm sonluğu: ÇL biletindən Konfrans Liqasına qədər!
Bazar günü – Premyer Liqada ilk 4-lükdə yer alaraq UEFA Çempionlar Liqasına vəsiqə qazandılar.
Çərşənbə günü – UEFA Konfrans Liqasının finalında “Real Betis” üzərində 4:1 hesablı qələbə ilə tarix yazdılar.
Növbəti dayanacaq – FIFA Klublararası Dünya Kuboku!
2024/25 mövsümünün sonlarında "Çelsi" ardıcıl uğurlarla formaya qayıtdığını sübut etdi.
© Copyright 2026, All Rights Reserved