“Çelsi” starta 11-ci sinif şagirdini də qoyacaq
Reci Uolş "Çelsi"nin avrokuboklarda start heyətə daxil olan ən gənc oyunçusu olacaq.
90plus.az xəbər verir ki, bu gün saat 23:00-da Konfrans Liqasının yarımfinalının cavab matçında İsveç klubu "Yurqorden"lə qarşılaşacaq "Zadəganlar"ın heyətində 16 yaş 200 günlüyündə olan Reci də yer alacaq.
Yarımmüdafiəçi hazırda məktəbdə 11-ci sinifdə oxuyur. Baş məşqçi Enzo Mareska yeniyetmənin arzuladığı startı vermək qərarından danışıb. İtalyan mütəxəssis iddia edir ki, Uolşda "nəsə" var və onun bacarığına arxayındır:
"Əlbəttə ki, 17, 18 yaşlarında o, çox çalışmalı və davam etməlidir. Şəxsiyyətini də bəyənirəm, o, mövsüm ərzində bizimlə çalışdı.
"O, utancaq deyil, topu istəyir, qışqırır və danışır. Bunu bəyənirəm, yaxşı oyunçudur".
© Copyright 2026, All Rights Reserved