Çempionlar Liqası: PSJ və Atletiko Madrid yarımfinalda
Çempionlar Liqası: PSJ və “Atletiko Madrid” yarımfinalda – Salah “Enfild”lə vidalaşdı.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının 1/4 finalının cavab oyunlarından ikisi bu gecə baş tutub və ilk yarımfinalçılar müəyyənləşib.
PSJ “Liverpul”u keçdi, Salah vidalaşdı
“PSJ” səfərdə “Liverpul” üzərində 2:0 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib. İlk oyunda əldə olunan üstünlüklə birlikdə Fransa təmsilçisi ümumi hesabda 3:0 qalib gəlib.
Görüşün qəhrəmanı Usman Dembele olub. Fransalı hücumçu 73-cü və 90+1-ci dəqiqələrdə fərqlənərək komandasına qələbə qazandırıb.
Bu qarşılaşma həm də Mohamed Salah üçün əlamətdar olub. Misirli ulduz “Liverpul” forması ilə son dəfə Çempionlar Liqasında “Enfild”də meydana çıxaraq azarkeşlərlə vidalaşıb:
Liverpul 0 - 2 PSJ
Ümumi hesab: 0:3
U. Dembele 73’ 90+1’
Qollar: https://t.me/doxsanplus/116305
“Atletiko Madrid” “Barselona”nı yenə dayandırdı
Digər oyunda “Atletiko Madrid” evdə “Barselona” üzərində iki oyunun nəticəsinə görə üstün olub və yarımfinala vəsiqə qazanıb.
Cavab matçı 2:1 hesabı ilə Kataloniya klubunun xeyrinə başa çatsa da, Madrid təmsilçisi ilk oyundakı nəticə sayəsində (ümumi hesab 3:2) mərhələ adlayıb.
Bununla da “Atletiko Madrid” cari mövsümdə “Barselona”nı ikinci dəfə turnirdən kənarlaşdıraraq diqqət çəkən uğura imza atıb.
Atletiko Madrid 1 - 2 Barselona
Ümumi hesab: 3:2
L. Yamal 4’
F. Torres 24’
A. Lukman 32’
E. Qarsiya Qırmızı vərəqə 80’
Qollar və qırmızı vərəqə epizodu:
https://t.me/doxsanplus/116302
https://t.me/doxsanplus/116304
Beləliklə, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində ilk iştirakçılar “PSJ” və “Atletiko Madrid” olub. Digər yarımfinalçılar isə bu gün bəlli olacaq.
© Copyright 2026, All Rights Reserved