Çiesa millinin təklifini rədd etdi
Federiko Çiesa İtaliya millisinin çağırışını rədd etdi.
90plus.az xəbər verir ki, 28 yaşlı italiyalı vinger Federiko Çiesa milli komandadan dəvəti qəbul etməyib.
Baş məşqçi Cennaro Qattuso açıqlamasında bildirib:
“Çiesa ilə tez-tez danışıram, sadəcə olaraq hər birimizin verdiyi qərarlara və yaşadığı məsələlərə hörmət etməliyik. Bununla bağlı əlavə deyəcəyim bir şey yoxdur, həqiqət budur.”
Qeyd: İtaliya millisi 13 noyabr saat 23:45-də Moldova ilə qarşılaşacaq. Bu oyun 2026 Dünya Çempionatı, Avropa zonası üzrə seçmə mərhələnin tərkibinə daxildir.
© Copyright 2026, All Rights Reserved