Cənubi Afrika millisi 16 il sonra Dünya Çempionatında
90plus.az xəbər verir ki, 2026-cı il Dünya Kubokunun Afrika zonası üzrə seçmə mərhələsinin C qrupunda son tur oyunları baş tutub. Cənubi Afrika yığması evdə Ruandanı 3:0 hesabı ilə məğlub edərək qrup lideri kimi Dünya Kubokuna vəsiqə qazanıb.
Mbombela stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinin qollarını 5-ci dəqiqədə Mbatha, 26-cı dəqiqədə Appollis və 72-ci dəqiqədə Makqopa vurub.
Bu nəticə ilə xallarını 18-ə yüksəldən Cənubi Afrika millisi Nigeriyanın Benin üzərində qələbə qazanması ilə qrup liderliyini təmin edib və 2026-cı il Dünya Kubokuna vəsiqə əldə edib.
Ruanda isə seçmə mərhələni 11 xalla 5-ci pillədə başa vurub.
© Copyright 2026, All Rights Reserved