Cüdo, Avropa çempionatı: İlk gün, 3 medal
Azərbaycan cüdoçularından Bratislavada uğurlu start – 2 qızıl, 1 bürünc medal!
90plus.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada start götürən gənclər arasında Avropa çempionatında Azərbaycan millisi ilk gündən parlaq çıxış edib.
Komandamızın üzvlərindən Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu titulunu qazanıblar. Digər cüdoçumuz Nizami İmranov (66 kq) isə yarışda bürünc medal əldə edib.
Beləliklə, Azərbaycan yığması ilk gündə 2 qızıl və 1 bürünc medalla uğurlu nəticə göstərib. Bu nəticə ilə komandamız ümumi sıralamada ikinci, kişilər arasında isə birinci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved