Cüdo milli komandamız İspaniyadan geri döndü
90plus.az xəbər verir ki, milli komanda son bir həftəni İspaniyanın Benidorm şəhərində Avropa Cüdo İttifaqının (EJU) təşkil etdiyi təlim-məşq toplanışında keçirib.
Dünya çempionatına hazırlıq xarakterli bu toplanışda Yaponiya, Almaniya, Fransa, Gürcüstan və İtaliya da daxil olmaqla, 20-dən çox ölkənin idmançıları yer alıb.
Xatırlatma: Dünya çempionatının iyunun 13-də Macarıstanın paytaxtı Budapeştdə başlanacağı nəzərdə tutulur.
© Copyright 2026, All Rights Reserved