Cüdo millimiz uğursuz oldu!
Azərbaycan cüdo millisi dünya çempionatında komanda yarışlarını erkən tərk etdi.
90plus.az xəbər verir ki, bu gün Budapeştdə cüdo üzrə keçirilən dünya çempionatında qarışıq komanda yarışlarına start verilib.
Komandamız 1/8 final mərhələsində güclü Almaniya yığması ilə qarşılaşıb. Görüş Azərbaycan millisinin 1:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Yeganə qələbəni yığmamıza ağır çəki dərəcəsində (+90 kq) çıxış edən Zelim Kotsoyev qazandırıb. O, öz görüşündə olimpiya çempionu Erik Abramovu məğlub edərək nüfuzlu rəqib üzərində əla nəticə göstərib. Lakin digər cüdoçularımızın məğlubiyyətləri ümumi nəticəyə təsir göstərib və Azərbaycan yığması 1/4 finala yüksələ bilməyib.
Xatırlatma: Budapeştdə keçirilən bu nüfuzlu turnirdə Azərbaycan fərdi yarışlarda yalnız 3 bürünc medal əldə edib. Belə ki, Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) öz çəkilərində bürünc medal qazanıblar.
© Copyright 2026, All Rights Reserved