Cüdo, Qran-pri: 7 medal gəldi
Azərbaycan cüdoçularından Limada uğurlu çıxış – 7 medal! 🥋🇦🇿
90plus.az xəbər verir ki, Azərbaycan cüdoçuları Perunun paytaxtı Limada keçirilən Qran-pridə ümumilikdə 7 medal qazanıblar.
Son yarış günündə Murad Fətiyev 90 kiloqram çəki dərəcəsində gümüş, Kənan Nəsibov isə 100 kiloqramdan yuxarı çəkidə bürünc medal əldə edib.
Bundan əvvəl Əhməd Yusifov gümüş, Könül Əliyeva, Ruslan Paşayev, Rəşad Yelkiyev və Ömər Rəcəbli isə bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri iki gümüş və beş bürünc olmaqla yeddi medalla başa vurub.
© Copyright 2026, All Rights Reserved