Cüdoçumuz dünya çempionatında medal qazandı
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı!
90plus.az xəbər verir ki, cüdoçumiz Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında uğurlu çıxış edərək bürünc medal qazanıb.
81 kq çəki dərəcəsində çıxış edən idmançımız mübarizəyə 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə o, çinli Tsyanqnan Van üzərində inamlı qələbə qazanıb.
Tçkayev daha sonra 1/8 finalda braziliyalı Luan Almeyda, 1/4 finalda isə yaponiyalı Yoonvan Lini məğlub edərək yarımfinala yüksəlib. Lakin həlledici mərhələdə o, Gürcüstan təmsilçisi Tato Qriqalaşviliyə uduzub.
Təsəlliverici finalda isə təcrübəli cüdoçumuz BƏƏ idmançısı Nuqzari Tatalaşviliyə qarşı mübarizə aparıb və üstün gələrək bürünc medala sahib çıxıb.
Qeyd: Azərbaycan bu dünya çempionatında 13 cüdoçu (9 kişi, 4 qadın) ilə təmsil olunur. İdmançılarımız həmçinin qarışıq komanda yarışlarında da çıxış edəcəklər. Yarışın əvvəlki günlərində Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) gözlənilməz şəkildə mübarizəni erkən dayandırmışdı. O, 1/16 finalda Portuqaliya təmsilçisi, əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşmada məğlub olaraq turnirdən kənar qalmışdı.
© Copyright 2026, All Rights Reserved