Daha bir ulduz "Mançester Siti"dən ayrılır
"Mançester Siti"nin 30 yaşlı yarımmüdafiəçisi Bernardu Silva növbəti yayda "Benfika" klubuna geri dönə bilər.
90plus.az xəbər verir ki, azırda tərəflər arasında danışıqlar gedir. Silva vaxtilə formasını geyindiyi "Benfika"ya qayıdacağı təqdirdə maaşında azalmaya razıdır.
"Şəhərlilər" bu mövsüm istənilən nəticələri əldə edə bilmədiyi üçün heyətdə dəyişikliklər etməyi planlaşdırır və buna görə də portuqaliyalı futbolçunu satmağı düşünə bilər. Eyni zamanda, "Barselona" da Silva ilə maraqlanır.
📰: Tribuna; Footboom
Bu mövsüm Silva bütün yarışlarda 41 oyuna çıxıb, üç dəfə fərqlənib və dörd qol ötürməsi ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. "Transfermarkt" saytının məlumatına görə, oyunçunun bazar dəyəri 45 milyon avro təşkil edir.
© Copyright 2026, All Rights Reserved