Danilo: “Pep universitet kimidir”
Vətənində "Flamenqo"nun şərəfini qoruyan 33 yaşlı braziliyalı müdafiəçi Danilo Pep Qvardiola haqda danışıb.
90plus.az xəbər verir ki, 2 il "Mançester Siti"də (2017/19) oynamış Danilo ispan məşqçinin onun həyatını necə dəyişdiyindən danışıb:
"Qvardiola beynimi yudu, amma yaxşı mənada. Elə bil, universitetdə idim."
"Mançester Sitiyə gəlməmişdən əvvəl də axmaq deyildim, amma başa düşdüm ki, futbolu tamamilə yanlış şəkildə oynamışam."
"Əgər onunla daha əvvəl tanış olsaydım, həyatımı çox asanlaşdırardı. Onun altında oynaya bildiyimə və ondan öyrənə bildiyimə görə çox şadam."
"O, bütün oyunçuları futbol haqqında eyni cür düşünməyə vadar edir. Zaman, məkan, hərəkət, topa sahib olmaq, topa qulluq etmək".
“Heç bir məşqçi onun kimi meydanda boşluqları başa düşməyə vadar edə və heç bir məşqçi onun kimi oyunu emosional şəkildə yaşaya bilməz".
Qeyd: Danilo "Man Siti"də 2 ilə 34 oyuna çıxıb, müdafiəçi olsa da, 4 qol vurub.
📰: GuardianSport
© Copyright 2026, All Rights Reserved