DÇ-2026: 28 iştirakçı bəllidir
DÇ-2026: Seçmə mərhələnin yekunlaşmasına az qalmış, 48 iştirak yerindən 28-i artıq müəyyənləşib.
90plus.az xəbər verir ki, Şimali Amerikanın ev sahibləri – Meksika, ABŞ və Kanada artıq təsdiqlənib. İngiltərə də bu gecə vəsiqəsini təmin edib.
Asiya rekord sayda – səkkiz komanda ilə təmsil olunacaq: Yaponiya, İran, Cənubi Koreya, Avstraliya, Özbəkistan, İordaniya, Qətər və Səudiyyə Ərəbistanı.
Afrika üzrə indiyədək altı ölkə – Mərakeş, Misir, Əlcəzair, Tunis, Qana və Cənubi Afrika seçmələrdən keçib. Onlara debütantlar – Kabo-Verde, Fil Dişi Sahili və Seneqal da qoşulacaq.
Cənubi Amerikadan Argentina, Braziliya, Kolumbiya, Uruqvay, Ekvador və Paraqvay final mərhələsinə yüksəlib.
Okeaniyadan Yeni Zelandiya vəsiqəsini təmin edib. Qalan 20 komanda isə qitə mərhələlərinin və pley-off oyunlarının yekununda müəyyən olunacaq.
ℹ️ 2026-cı il Dünya Çempionatı Meksika, ABŞ və Kanadanın birgə ev sahibliyində keçiriləcək və tarixdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.
© Copyright 2026, All Rights Reserved