DÇ-2026: 30 vəsiqə hazır
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində daha 6 oyun geridə qalıb və bir neçə qrupda vəziyyət daha da kəskinləşib. 30 komandanın vəsiqəsi hazırdır.
90plus.az xəbər verir ki, A qrupunda həm Almaniya, həm də Slovakiya növbəti qələbələrini qazanaraq xal ehtiyatlarını 12-yə yüksəldiblər. Artıq qrup liderinin kim olacağı son turda bu iki komandanın birbaşa duelində həll olunacaq.
G qrupunda turun ən çox diqqət çəkən matçı – Polşa ilə Niderlandın qarşılaşması qalibsiz başa çatıb. Bu nəticədən sonra qrupun qalibi də son oyunda müəyyənləşəcək.
L qrupunda isə intriqaya son qoyulub. Farer adaları üzərində qələbə qazanan Xorvatiya qrup birincisi kimi DÇ-2026-ya birbaşa vəsiqəni təmin edib. Bu tur iştirak etməyən Çexiya isə artıq rəsmi olaraq qrupun ikincisidir.
Günün nəticələri:
A qrupu
G qrupu
L qrupu
Xorvatiya millisi beləliklə DÇ-2026-ya vəsiqə qazanan 30-cu komanda oldu.
Mundialın final mərhələsinə bütün vəsiqələr:
Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d’İvuar, Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador, Braziliya, Fransa və Xorvatiya + ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi avtomatik iştirak hüququ əldə ediblər.
ℹ️ DÇ-2026 tarixə ilk dəfə 48 iştirakçı ilə düşəcək. Turnir iyunun 11-də başlayacaq, final isə iyulun 19-da keçiriləcək.
© Copyright 2026, All Rights Reserved