DÇ-2026: Belçikadan Qazaxıstana 6 qol
Belçika DÇ seçmələrində gücünü göstərdi: Qazaxıstana 6 qol!
90plus.az xəbər verir ki, Belçika Qazaxıstanı 6:0 hesabı ilə darmadağın edərək J qrupunda zirvəyə yüksəldi.
“Qırmızı şeytanlar” ardıcıl ikinci dəfə dünya çempionatının seçmə oyununda 6 qol vurdu. İlk 40 dəqiqədə müqavimət göstərən qazaxlar Kevin De Bruyne və onun sabiq “Mançester Siti”dən komanda yoldaşı Ceremi Dokuya müqavimət göstərə bilmədilər.
42-ci dəqiqədə De Bruyne cərimə meydançasından kənardan möhtəşəm zərbə ilə hesabı açdı. Bir dəqiqə sonra isə onun ötürməsini qəbul edən Doku sol cinahdan içəri daxil olub fərqləndi – 2:0.
İkinci hissənin əvvəlində “Reyncers”in yarımmüdafiəçisi Nikola Raskin yaxın məsafədən qol vuraraq oyunun taleyini həll etdi. Ardınca Doku dar bucaqdan sol ayaqla dəqiq zərbə endirərək dublunu rəsmiləşdirdi.
Sonradan oyuna daxil olan Aleksis Saelemaekers De Bruyne-ə məhsuldar ötürmə verdi və ulduz futbolçu yenidən fərqləndi. Matçın sonuna yaxın isə Tomas Menye uzaqdan gözəl zərbə ilə hesabı 6:0-a çatdırdı:
Belçika 6 - 0 Qazaxıstan
K. De Bruyne 42', 84'
J. Doku 44', 60'
N. Raskin 51'
T. Meunier 87'
Qol: https://t.me/doxsanplus/107288
Bu nəticə ilə Belçika J qrupunda məğlubiyyətsiz irəliləməyə davam edir
Kevin De Brüynedən Qazaxıstana qarşı möhtəşəm performans: 2 qol və 1 asist. O, 2015/16 mövsümündən sonra ilk dəfə ardıcıl 3 millinin oyununda qol sevinci yaşadı.
© Copyright 2026, All Rights Reserved