DÇ-2026: Biletlərin qiymətləri “əl yandırır”
2026-cı il dünya çempionatının final matçı üçün nəzərdə tutulan bilet qiymətləri açıqlanıb. Məlumatı “The Athletic” yayıb.
90plus.az xəbər verir ki, ən bahalı final biletlərinin dəyəri 6730 dollar olacaq. Ən ucuz biletlərin qiyməti isə 2030 dollar müəyyənləşdirilib. Qrup mərhələsinin oyunlarında iştirak etmək istəyən azarkeşlər isə daha münasib qiymətlərlə bilet əldə edə biləcəklər – bu rəqəmlər 60 dollardan başlayaraq 620 dollara qədər yüksəlir.
Qrup mərhələsi üzrə bilet kateqoriyaları belədir:
Xatırlatma: DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 yığma komanda iştirak edəcək. Mundialın final görüşünə isə Nyu-Cersidə yerləşən “MetLife Stadium” ev sahibliyi edəcək.
© Copyright 2026, All Rights Reserved