DÇ-2026: Gecənin nəticələri və vəsiqə alanlar
2026 Dünya Çempionatı seçmə mərhələsi – Avropa zonasında gecənin nəticələri və vəsiqəni alanları təqdim edirik.
90plus.az xəbər verir ki, bugecə Avropa zonasında 2026-cı il Dünya Çempionatı seçmə mərhələsinin növbəti turu keçirildi. Dörd fərqli qrupda səkkiz qarşılaşmada komandalar final mərhələsinə vəsiqə uğrunda mübarizə apardılar.
Azərbaycan millisi evdə İslandiyaya 0 – 2 hesabı ilə uduzaraq vacib xal itirdi. D qrupunda isə Fransa Ukraynanı 4 – 0 hesabı ilə darmadağın edərək, sona bir tur qalmış əsas mərhələyə vəsiqəni təmin etdi.
İ qrupunda İtaliya Moldovaya, K qrupunda İngiltərə Serbiyaya qalib gəldi. F qrupunda isə Portuqaliya İrlandiyaya 0 – 2 hesabı ilə uduzdu.
Gecənin nəticələri:
Bu nəticələrlə Fransa millisinin Dünya Çempionatının əsas mərhələsinə vəsiqəsi rəsmiləşdi.
Hazırda vəsiqə qazanan komandalar: Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Kot-d’İvuar, Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador və Braziliya. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi birbaşa vəsiqə əldə ediblər.
ℹ️ 2026-cı il Dünya Çempionatında tarixdə ilk dəfə 48 komanda əsas mərhələdə mübarizə aparacaq. Turnir iyunun 11-də başlayacaq və iyulun 19-da başa çatacaq.
© Copyright 2026, All Rights Reserved