DÇ-2026: Günün nəticələri və 32 vəsiqə
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün keçirilən oyunlar bir sıra komandalara mundial yolunu açdı. Dörd qrupda baş tutan 8 qarşılaşma həm birbaşa vəsiqələri, həm də pley-off iştirakçılarını müəyyənləşdirdi.
90plus.az xəbər verir ki, Norveç tarix yazdı, İtaliya pley-offa qaldı...
I qrupunda Norveç səfərdə İtaliyanı 4:1 hesabı ilə məğlub edərək 1998-dən sonra ilk dəfə Dünya Kubokunun final mərhələsinə yüksəldi. İtaliya isə seçməni yalnız pley-offla davam etdirəcək.
Portuqaliya Ermənistanı darmadağın edib mundiala yollandı
F qrupunda Portuqaliya Ermənistan üzərində 9:1 kimi inanılmaz nəticə əldə edərək final mərhələsinə adını yazdırdı.
Bu günün bütün nəticələri:
D qrupu
F qrupu
I qrupu
K qrupu
Mundiala vəsiqə qazanan bütün komandalar:
Bu günə olan məlumata görə, aşağıdakı yığmalar artıq DÇ-2026-nın final mərhələsinə adlayıblar:
Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, İngiltərə, Səudiyyə Ərəbistanı, Kot-d’İvuar, Seneqal, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Koreya, İordaniya, Avstraliya, Ekvador, Braziliya, Fransa, Xorvatiya, Norveç və Portuqaliya.
ℹ️Turnirin ev sahibləri ABŞ, Kanada və Meksika da əvvəlcədən birbaşa iştirak hüququna malikdirlər.
Seçmə mərhələ davam edir və pley-offun nəticələri DÇ-2026-da iştirak edəcək son komandaları müəyyənləşdirəcək.
© Copyright 2026, All Rights Reserved