DÇ-2026: Haiti yarım əsrdən sonra vəsiqə aldı
Haiti yarım əsrlik fasilədən sonra Dünya Çempionatına qayıtdı.
90plus.az xəbər verir ki, Haiti futbol millisi KONKAKAF zonasında son turda Nikaraquaya 2:0 hesabı ilə qalib gələrək uzun fasilədən sonra ikinci dəfə Dünya Çempionatına vəsiqə qazandı. Komanda son dəfə mundialda 1974-cü ildə iştirak etmişdi.
Haiti bu uğura ölkədə hökm sürən siyasi böhran, təhlükəsizlik xaosu və stadion çatışmazlığına baxmayaraq nail olub.
Siyasi böhran və stadionsuz oyunlar
2021-ci ildə prezident Covanel Moizin qətlə yetirilməsindən sonra Haiti zorakılıq dalğalarına qərq olub. Paytaxt Port-o-Prensin təxminən 85%-i silahlı qruplaşmaların nəzarətindədir.
2024-cü ilin martında isə milli stadion silahlı qruplaşmaların ələ keçirməsi səbəbindən yığma ev oyunlarından məhrum olub. Haiti millisinin son doğma meydan matçı 2021-ci ilin iyulunda keçirilib.
Bütün seçmə mərhələni səfərlərdə keçirməyə məcbur olan futbolçular buna baxmayaraq tarixi uğur əldə edib. Komanda ev oyunlarını Kurasao adasında keçirib.
Məşqçi Minye və uzaqdan idarəçilik
52 yaşlı fransalı məşqçi Sebastien Minye təyin olunduqdan bəri Haitiyə ayaq basmayıb. Minyenin rəhbərliyi altında komanda tamamilə xaricdə oynayan futbolçulardan ibarət olub.
Minye “France Football”a açıqlamasında bildirib:
“Ora getmək mümkün deyil, çünki çox təhlükəlidir. Normalda işlədiyim ölkələrdə yaşayıram, amma burada bunu edə bilmirəm. Mən komandaya uzaqdan, Haiti Futbol Federasiyasından aldığım məlumatlarla rəhbərlik etdim.”
Haiti futbolçuları çətinliklərə baxmayaraq tarix yazaraq ölkəni 52 ildən sonra Dünya Çempionatına çıxarıblar. Bu, Karib adası üçün futbol tarixində əvəzolunmaz nailiyyətdir.
KONKAKAF zonasında digər vəsiqələr: