DÇ-2026: İngiltərədən 5 qollu qələbə
İngiltərə DÇ seçmə mərhələsində səfərdə Serbiyanı 5:0 hesabı ilə darmadağın edərək, Tomas Tuxelin rəhbərliyi altında ən böyük qələbəsini qazanıb.
90plus.az xəbər verir ki, “Üç şir” oyuna dominant şəkildə başladı, lakin hesabı yalnız 30-cu dəqiqədən sonra aça bildi. 33-cü dəqiqədə Deklan Raysın künc zərbəsindən sonra Harri Keyn başla vuraraq hesabı açdı. Cəmi bir neçə dəqiqə sonra Morqan Rocersin ötürməsindən sonra Noni Madueke yığmada ilk qolunu vurdu.
İkinci hissədə İngiltərənin mərkəz müdafiəçiləri Ezri Konsa və Mark Gehi hərəsi bir qol vurdu. Bu qollar arasında isə Serbiya kapitanı Nikola Milenkoviç qırmızı vərəqə ilə meydandan qovuldu.
Son dəqiqələrdə Markus Reşford Ollie Votkinsə qarşı kobudluğa görə təyin olunan penaltini dəqiq yerinə yetirərək oyuna nöqtə qoydu:
Serbiya 0-5 İngiltərə
Keyn 33'
Madueke 35'
Konsa 52'
Guehi 75'
Reşford 90'
Qollar:
https://t.me/doxsanplus/107390
https://t.me/doxsanplus/107396
https://t.me/doxsanplus/107401
https://t.me/doxsanplus/107404
Beş turdan sonra İngiltərə qrupda hələ də itkisiz davam edir və demək olar ki, liderliyi təmin edib. Serbiya isə onlardan 8 xal geri qalır.
© Copyright 2026, All Rights Reserved