DÇ-2026: İspaniya qrupda ilk dəfə Türkiyə ilə bacarmadı
İspaniya – Türkiyə oyunu 2:2 başa çatdı: E qrupunun taleyi müəyyənləşdi.
90plus.az xəbər verir ki, DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində günün diqqətçəkən qarşılaşmalarından biri E qrupunda İspaniya ilə Türkiyə arasında oynanılıb. Maraqlı və gərgin mübarizə 2:2 hesabı ilə yekunlaşıb.
Bu matç seçmə mərhələdə İspaniyanın ilk dəfə hesabda geri düşdüyü oyun kimi yadda qalıb. Türkiyə millisində çıxış edən Salih Özcan isə qarşılaşmada vurduğu qolla millidəki ilk qoluna imza atıb:
İspaniya 2-2 Türkiyə
Olmo 3'
Gül 42'
Salih Özcan 54'
Oyarzabal 60'
DÇ- 2026, Avropa zonası üzrə seçmə mərhələ
Qollar:
https://t.me/doxsanplus/110810
https://t.me/doxsanplus/110811
https://t.me/doxsanplus/110814
https://t.me/doxsanplus/110815
İspaniya 16 xalla qrup birincisi kimi dünya çempionatında iştirak edəcək. Türkiyə yığması 13 xal toplayıb və DÇ-2026-ya düşmək üçün pley-off oynayacaq.
© Copyright 2026, All Rights Reserved