DÇ-2026: İsrail olsa, İspaniya olmayacaq
İspaniyadan qalmaqallı açıqlama: Millinin DÇ-2026 boykotu gündəmdə!
90plus.az xəbər verir ki, İspaniya hökumətindən səs-küylü bəyanat gəlib. Rəsmilərin sözlərinə görə, əgər İsrail 2026 Dünya Çempionatına vəsiqə qazanarsa, “qırmızı furyalar” turnirdə iştirak etməmək variantını nəzərdən keçirə bilər.
Belə bir addımın atılması futbol ictimaiyyətində ciddi müzakirələrə səbəb olub. İspaniyanın bu mövqeyi FIFA və UEFA ilə münasibətlərdə gərginlik yarada bilər.
🔗UHN_Plus
Qeyd: 2026 Dünya Çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. Hazırda seçmə mərhələ oyunları davam edir və iştirak edəcək bütün yığmalar hələ müəyyənləşməyib.
Erik Kantona: "İsraili qlobal futbol arenasından cəzalandırma zamanı çatıb. Rusiya Ukraynanı işğal etdikdən 4 gün sonra FIFA və UEFA onları cəzalandırdı.
Soyqırım kimi tanımlanan bu hücum başlayandan bəri 716 gün keçib, amma İsrail hələ də futbolun bir parçasıdır."
© Copyright 2026, All Rights Reserved