DÇ-2026: Əlcəzair vəsiqə qazandı
Dünya çempionatına vəsiqə: “Əlcəzair” “Somali”ni 3:0 hesabı ilə məğlub edərək 2026 Dünya çempionatına yüksəldi!
90plus.az xəbər verir ki, “Əlcəzair” “Somali”ni üstələdi və Dünya çempionatına gedir!
Artıq rəsmi olaraq təsdiqlənib — “Əlcəzair” 2026-cı il Dünya çempionatında iştirak edəcək. 2018 (Rusiya) və 2022 (Qətər) mundiallarını buraxan Vladimir Petkoviçin komandası bu dəfə “Somali” üzərində 3:0 hesablı qələbə ilə dünyanın ən nüfuzlu turnirinə vəsiqə qazanıb.
Kapitan Riyad Mahrezin rəhbərliyi ilə meydanda tam üstünlük quran “yaşıllar” artıq 6-cı dəqiqədə hesabı açıblar. Mahrezin uzaq dirəyə göndərdiyi dəqiq ötürməni “Union Sen-Jiluaz”ın hücumçusu Məhəmməd Amura soyuqqanlı şəkildə qolla tamamlayıb. Qrup mərhələsinin bombardiri olan Amura bu dəfə də öz parlaq formasını təsdiqləyib. 21-ci dəqiqədə isə Mahrez özü fərqlənib.
Amura dubla imza atdı və vəsiqəni rəsmiləşdirdi
Fasilədən sonra da üstünlüyünü əldən verməyən “Əlcəzair” rəqibi meydanın bütün sahələrində sıxışdırdı. Mahrezin möhtəşəm driblinqləri və texnikası sayəsində daha bir hücum təhlükəli alındı. Onun cərimə meydançasına göndərdiyi topu yenə Amura tora qovuşdurdu — 3:0!
📍 90plus.az — Futbolun ən son xəbərləri burada!
© Copyright 2026, All Rights Reserved